Velosiped yolları ilə bağlı YENİLİK - RƏSMİ

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakıda yeni layihəyə start verib. Beləki, paytaxtın bəzi küçələrində velosiped yolları salınır. Layihə maraqlı olsa da bəzi suallar doğurur. Beləki, meqapolisə çevrilməkdə olan Bakıda kifayət qədər hərəkət sıxlığı var. Hətta pik saatlarda sürücülər saatlara tıxacda qalır.
Digər bir məsələ isə son vaxtlar AYNA tərəfindən Bakı şəhərində yol kənarlarında parkinqlərin yaradılmasıdır.
Bəs, velosiped yolları parkinqə mane ola bilərmi?
Qurumdan Bizim.media-ya bildirildi ki, velosiped yollarının salınması yeni layihədir: "Bütün məsələlər diqqətə alınıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.
Artıq müvafiq nişanlanma işlərinə başlanılıb.
Layihə çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir. Belə ki, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə kəsişmələrdə daha diqqətli olmalarını bildirir".
Qurumdan o da bildirildi ki, növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












