Xaçmazda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulub -VİDEO

Xaçmaz rayonu Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci km-dən ayrılan Hülövlü- Sərkərli- Alıcqışlaq- Qədimalıqışlaq- Rəhimova avtomobil yolu yenidən qurulub.
Avtosfer.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən verdiyi məlumata görə, avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Ümumi uzunluğu 30 km təşkil edən yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.
Torpaq işlər bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.
Layihə çərçivəsində 1 aşırımlı, 13 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası da icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan yenidənqurma işlərindən sonra layihəyə uyğun avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 10 yaşayış məntəqəsində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












