“Xaliq Faiqoğlu” elektrik mühərrikli avtobusları sərnişinlərin xidmətinə verdi - FOTO

Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin idxal etdiyi elektrik mühərrikli avtobuslar sərnişinlərin xidmətinə verilib.
Şirkətdən Avtosfer.az-a bildirilib ki, avtobus parkının yenilənməsi və ekoloji standartların yüksəldilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində alınmış avtobuslar ilkin olaraq 18, 61, 65 və 85 saylı müntəzəm marşrut xətlərində test rejimində çalışacaq. Marşrut xətləri üzrə avtobusların sayının mərhələli şəkildə artırılması nəzərdə tutulur.
Qeyd edək ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təşəbbüslərdə daim yer alan şirkətin “PAŞA Bank”la birgə həyata keçirdiyi layihə çərçivəsində istismara qəbul edilməsi nəzərdə tutulan 50 elektrik avtobusun ilkin hissəsi artıq paytaxtımıza gətirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi tədbirlərdə və çağırışlarda daim yer alan “Xaliq Faiqoğlu” şirkəti ölkəmizdə ən böyük özəl daşıyıcıdır. Şirkət daha əvvəl “PAŞA Bank”ın dəstəyi ilə ekoloji təmiz CNG növlü elektrik mühərrikli avtobusları da sərnişinlərin ixtiyarına verib.
Yeni alınmış 100 faiz elektrikli bu avtobusların hər biri gün ərzində 300 kilometrdən artıq yol qət edə bilmə imkanına sahibdir. Müasir texnoloji yeniliklərin tətbiq edildiyi nəqliyyat vasitələrində sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə avadanlıqlar quraşdırılıb.






Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












