Xəzərdə gələn ildən kruiz gəmisi ilə səyahət başlana bilər

Xəzər dənizində gələn ildən kruiz gəmisi ilə səyahət işə salına bilər. Bu fikri Qazaxıstanın turizm və idman nazirinin müavini Erjan Erkinbayev deyib. Artıq bir neçə ildir ki, Xəzəryanı ölkələrə kruiz gəmisinin buraxılması məsələsi müzakirə olunur. Lakin hər il laynerin buraxılması planları təxirə salınır.
“Bizim bütün Xəzəryanı ölkələrlə birlikdə Xəzər dənizi layneri səyahətini işə salmaq planlarımız var idi. Layner Rusiyaya aid beynəlxalq sənədlərdə təsbit olunmuş "Böyük Pyotr" gəmisi olmalı idi. İndi bu gəminin suya buraxılması ilə bağlı müəyyən çətinliklər var. Çünki hələ istehsaldadır. Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər də ola bilər. Bəzi limanların yanalma körpüləri və gəmiqayırma zavodları, məsələn, Qazaxıstanda yenidən qurulmalıdır. Aktau limanında İrandan və ya Azərbaycandan gələn qonaqları qəbul etmək üçün sərnişin terminalını genişləndirmək və bütün turizm infrastrukturu ilə təchiz etmək lazımdır”, deyə nazir müavini qeyd edib.
(hurriyet.az)
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO












