Yeni "Corolla Cross" yenilənmiş SUV üslubu ilə qarşınızdadır - FOTO

"Toyota" ailə dostu funksionallığı və müasir zərifliyi ilə yenilənmiş "Corolla Cross" modeli ilə bazarda özünü doğrultmağa davam edir.
Avtosfer.az xəbər verir ki, yeni "Corolla Cross" qabaqcıl texnologiyanı, hibrid səmərəliliyi və müasir dizaynı orijinal SUV xarakteri ilə birləşdirir. O, "Toyota"nın əsas dəyərləri özündə əks etdirməklə yanaşı, "Corolla"nın uzun illərdir etibarlı yol yoldaşı kimi qazandığı nüfuza söykənir.
Yeni səssizləşdirici materiallar sayəsində daha sakit, hamar və rahat sürüş təcrübəsi təmin olunur. Eyni zamanda, zərif bal pətəyi formalı ön barmaqlıqlar, yeni adaptiv uzaq məsafə faraları və yenidən dizayn edilmiş ön və arxa işıqlar avtomobilə müasir və zəriflik qatır.
Arxada yerləşən qabarıq "Corolla Cross" loqosu modelə fərqlilik qatarkən, 18 düymlük möhkəm yüngül lehimli disklər isə güclü və dinamik duruş yaradır.
Daha geniş mərkəzi konsol, dizayn baxımından yenilənmiş sürətlər qutusu, əlavə smartfon saxlama yeri və simsiz enerji doldurma funksiyası kimi praktiki dəyişikliklər sürücülərin rahatlığının qeydinə qalır. Bundan əlavə, "Android" cihazlara enerji doldurma sürətinin 1.5 dəfə artırılması ilə mobil cihazla avtomobil arasındakı əlaqənin keyfiyyəti yaxşılaşdırılıb.

"Toyota Smart Connect" multimedia və əyləncə paketi 10.5 düymlük yüksək dəqiqliyə malik sensorlu ekranlarda standart olaraq təqdim olunur. Bundan əlavə, 12.3 düymlük tam rəqəmsal cihaz paneli də bütün versiyalar üçün standartdır. Yaxşılaşdırılmış ambient salon işıqlandırmaları, qızdırılan sükan və oturacaqlar isə daha yüksək komplektasiyalarda təklif olunan üstünlüklərdəndir.
Sərnişinlər üç əsas istiqamətdə təkmilləşdirilmiş izolyasiya sayəsində daha sakit və rahat səyahətdən zövq almaq mümkündür. Dam örtüyündə istifadə edilmiş səsuducu materiallar səssizliyi maksimuma çatdırır, arxa ventilyasiya hissəsindəki əlavə material isə arxa sərnişinlər üçün səs və vibrasiyanı minimuma endirir.
Yeni "Corolla Cross" "Toyota"nın beşinci nəsil hibrid sistemi olan "Hybrid 200" ilə təchiz olunub. Bu, "Toyota"nın karbon neytrallığına yönəlmiş strategiyasına tam uyğun olmaqla yanaşı, Azərbaycan bazarında hibrid avtomobillərə olan marağın dəstəkçisidir.
Yüksək təhlükəsizlik və rahatlıq üçün avtomatik sistem yeniləmələrini dəstəkləyən "Toyota" "T-Mate" sistemi də standart olaraq təqdim olunur. Bu sistem üçüncü nəsil "Toyota" "Safety Sense" ilə qabaqcıl sürüş və parkinq yardım sistemlərini özündə birləşdirir.
Yenilənmiş "Corolla Cross" artıq Azərbaycandakı bütün rəsmi diler mərkəzlərində satışdadır. Ətraflı məlumat əldə etmək üçün dilerlərlə əlaqə saxlamaq və ya www.toyota.az veb-saytına keçid etmək kifayətdir.
"Toyota Bakı Mərkəzi" - (+994) 12 496 70 10 və ya (+994) 12 496 70 11
"Toyota Abşeron Mərkəzi" - +994 12 349 00 60 və ya *0110
"Toyota Gəncə Mərkəzi" - (+994) 22 259 25 25
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR










