Yeni dəmir yolu - bərə dəhlizi istifadəyə verilir

Türkiyə Dövlət Dəmir Yolları (TCDD) iki ay ərzində əlavə dəmir yolu - bərə dəhlizi açmağı planlaşdırır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Türkiye Demiryolu Transport A.Ş.” şirkətinin baş direktoru və Direktorlar Şurasının sədri Ufuk Yalçın Bakıda “Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə” mövzusunda keçirilən dəyirmi masada məlumat verib.
"Biz Mərmərə bölgəsində alternativ marşrut nəzərdən keçiririk, çünki İstanbuldakı Marmaray dəmir yolu xətti şəhərdaxili dəmir yolu xətti olmasa da, bəzən gecə saat 2-yə qədər sərnişin daşınması üçün istifadə olunur. Gecələr hər istiqamətdə üç yük qatarını istifadəyə veririk, lakin yükdaşımaların həcminin artması Marmaray dəmir yolu xəttindən daha çox qatarın buraxılmasını çətinləşdirir.
Bununla əlaqədar Balıkesir (Bandırma) və Tekirdağı Mərmərə dənizi vasitəsilə birləşdirəcək yeni dəmir yolu bərəsi layihəmiz var. Ümid edirik ki, iki ay ərzində əlavə dəmir yolu - bərə dəhlizini aça biləcəyik ki, bu da gecə saatlarında Marmarayda yükü azaltmağa və sıxlığın qarşısını almağa imkan verəcək”, - deyə o qeyd edib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












