Yeni nəsil sürət qatarı sınaqdan keçirilib

“Alman Dəmir Yolları” (Deutsche Bahn) və “Siemens” şirkətləri yeni nəsil “Velaro Novo” sürət qatarını sınaqdan keçirib.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, Erfurt–Leypsiq marşrutu üzrə keçirilən sınaq yürüşü zamanı qatarın sürəti saatda 405 kilometrə çatıb. Bununla da bu marşrut üzrə rekord müəyyən edilib. Sınaq yürüşü zamanı “Velaro Novo” şirkətinə məxsus olan və “ölçü cihazları ilə təchiz edilən vaqon” yüksək sürətə çata bilən “ICE” lokomotivi tərəfindən çəkilib.
“Velaro Novo” modellərindən sərnişindaşımada istifadə olunmamasına baxmayaraq, bu testlərin sürətli dəmir yolu xətlərinin təmiri və saxlanması, eləcə də yeni nəsil yüksək sürətli qatarların texniki inkişafı üçün mühüm nəticələrin əldə olunması və təhlili baxımından yüksək qiymətləndirilib. Yeni modelin nə vaxt və hansı formada istifadəyə veriləcəyi hələ məlum deyil.
Qeyd edək ki, yüksəksürətli “ICE” qatarlarının əksəriyyəti texniki baxımdan saatda 300 kilometr sürətə çata bilir. Lakin “ICE 4” modelləri maksimum 265 kilometr-saat sürətə malikdir. Stansiyalar arasındakı məsafələrin qısa olması və dəmir yolu infrastrukturunun köhnəlməsi və yüklənməsi ilə əlaqədar bu sürətlərə çatmaq nadir hallarda mümkündür.
Erfurt–Leypsiq dəmir yolu xətti 2015-ci ildə istifadəyə verilib və bu cür sürət üçün uyğunlaşdırılıb. “Deutsche Bahn” bu xəttin hələ də yüksək texniki vəziyyətdə olduğunu bildirib. İndiyədək bu marşrut üzrə maksimum sürət saatda 333 kilometr olub.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












