Yeni velosiped yollarının salınması paytaxtda nəqliyyatın hərəkətin necə təsir edəcək?

Son bir neçə həftə ərzində paytaxtın əsas küçələrində velosiped yolları salınır. Təbii ki, bu olduqca müsbət haldır. Lakin xüsusilə səhər və axşam saatlarında Bakıda bitməyən tıxaclar hər kəsə məlumdur.
Bəs belə olan halda, bu addım paytaxtdakı hərəkətə necə təsir edəcək?

EKSPERT: Müsbət addımdır
Məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bu gün paytaxtda tıxacın çox aktual məsələ olduğunu vurğulayıb.
Ekspertin fikrincə, bu məsələdə nəzərə almaq lazımdır ki, Bakıda təkcə velosiped yolunun çəkilməsi yaxud hansısa hərəkətin tıxacın qarşısını alacaq və ya artıracaq deyilməsi doğru deyil:

“Bakının bəzi yollarında velosiped zolaqları hərəkət intensivliyinə uyğun hesablamalar aparıldıqdan sonra qərar verilərək çəkilib. Bunlar əlbəttə, müsbət addımdır. Yollarda tıxac olduğu zaman onsuz da, hərəkəti yol polisi tənzimləyir. Zərurət yaranan zaman bəzi hallarda başqa zolaqlar üzrə hərəkətə də imkan yaradılır. Ümumi olaraq bu, çox ciddi problem yaratmır. Doğrudur ki, mövcud yol şəbəkəsi hesabına bunlar ediləndə sürücülər müəyyən narahatlıqlarını ifadə edirlər. Hesab edirəm ki, bunlar başa düşüləndir. İstənilən halda, hər kəs öz mövqeyini nümayiş etdirir və haqqlarını düşünür. Əgər bir yolda beş zolaq avtomobil üçün olursa, bunun birinin avtobus və velosipedə ayrılması problemli deyil. Ancaq 2-3 zolaqlı yollarda bu addım atılarsa, təbii ki, hərəkətə müəyyən dərəcədə təsir göstərir. Fikrimcə, gələcəkdə bunlar hansısa formatda tənzimlənəcək”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












