Yol nişanlarını “oxumağı” bacaran avtomobillər
Özünü idarə edən avtomobillər üçün texnologiya hazırlayan “Mobileye” şirkəti icazə verilən hərəkət sürətini təyin edə bilən yeni sistem təqdim edib.
Avtosfer.az bildirir ki, yenilik təkcə sürət həddi işarələrindəki rəqəmləri avtomatik oxumur, həm də uşaqların oynadığına işarə edən təsvirli işarələri deşifrə edə və avtomobilin sürətini buna uyğun tənzimləyə bilər.
Mobileye sistemi artıq Aİ-nin 27 ölkəsində, həmçinin İsrail, Norveç, İsveçrə və Türkiyədə sertifikatlaşdırılıb.
Bu, Aİ-də bütün yeni avtomobillərin real vaxt rejimində sürət sensorları ilə təchiz edilməsini tələb edən yeni ümumi təhlükəsizlik standartlarının tətbiqi fonunda baş verib.
Qeyd edək ki, təkmil EyeQ platformasına əsaslanan Mobileye-nin ISA sistemi sürətli qərarların qəbul edilməsində ixtisaslaşmış proqram təminatı dəstidir.
Leyla
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












