Yüklər dəniz yolu ilə Bakıya 20 günə çatdırılacaq - İlk dəfə

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə hərəkət edən ilk Çin-Mərkəzi Asiya yük qatarı bu gün Çinin Tyancin Konteyner Mərkəzi stansiyasından Bakıya yola düşüb.
Avtosfer.az “Sinxua”ya istinadən xəbər verir ki, yeni marşrut Tyancini şəhərini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirəcək.
Paslanmayan polad borular və məişət texnikası kimi malları daşıyan bu qatar Qazaxıstanın Aktau limanınadək hərəkət edəcək, oradan isə yüklər dəniz yolu ilə Bakıya çatdırılacaq.
Bu qatar təxminən 7 min km məsafəni qət edəcək və təxminən 20 gün ərzində Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə vaxta təxminən 10 gün qənaət etməyə imkan verir.
Yüklər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas qovşağı olan Bakıya çatdıqdan sonra Türkiyəyə və digər təyinat məntəqələrinə daşına bilər.
Xatırladaq ki, 2025-ci il ərzində Tyancin Konteyner Mərkəzi Çindən Avropa istiqamətində hərəkət edən ümumilikdə 390 yük qatarına xidmət göstərib ki, bu da 2024-cü il ilə müqayisədə 38 faiz çoxdur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












