Zabratdan keçən beş marşrut xətti “BakuBus”a həvalə edilib

Zabrat-1 və Zabrat-2 qəsəbələrindən keçən 5 müntəzəm marşrut xətti üzrə daşımalar müsabiqə yolu ilə “BakuBus” MMC-yə həvalə edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, müntəzəm marşrut xətləri üzrə xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində avtobusların yenilənməsi mərhələli qaydada həyata keçirilir:
“Hazırda bu xətlər üzrə müasir, sərnişindaşıma tələblərinə cavab verən nəqliyyat vasitələri vətəndaşlarımıza xidmət edir. Bu istiqamətdə fəaliyyət göstərən digər marşrut xətləri üzrə avtobusların yenilənməsi üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, ötən gün Zabrat-1 qəsəbəsində yaşayan sakinlər tərəfindən daxil olan şikayətdə sərnişin avtobuslarının keyfiyyətsiz xidmət göstərməsi, kondisionerin olmaması qeyd edilib. Şikayətdə deyilir ki, Bakının mərkəzinə işləyən avtobuslardan başqa, o birilərinin əksəriyyətində bu problem var.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










