Azərbaycanda isti havalarda maşınlar yanmağa başladı - DYP-dən AÇIQLAMA - VİDEO

Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı Oxu.az-a Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib:
"Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 148-ci kilometrliyində Göygöl rayon sakini Emil Abbasovun idarə etdiyi 99-ON-983 dövlət nömrə nişanlı "KIA Optima" markalı avtomobil yanıb. Sürücünün bildirdiyinə görə, Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə əvvəlcə tüstülənmə qeydə alınıb. Sürücü avtomobili yoldan kənara çəkib. Bu zaman nəqliyyat vasitəsində alışma baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb".
BDYPİ rəsmisi vurğulayıb ki, digər sürücülər bu hadisədən nəticə çıxararaq diqqətli olmalıdırlar:
"Baş Dövlət Yol Polisi İdarəsi ötən günlərlə müqayisədə havanın daha isti keçdiyini nəzərə alaraq sürücülərdən uzaq səfərə çıxarkən avtomobillərinin texniki nəzarətdə saxlamalarını, texniki təhlükəsizlik baxımından istifadəyə yararsız olan nəqliyyat vasitəsilə yola çıxmamağı, avtomobildə nasazlıq hiss edildiyi təqdirdə öncədən texniki servislərə müraciət etmələrini, özlərini və digər hərəkət iştirakçılarının sağlamlığını təhlükə atmamalarını xahiş edir".
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO












