DYP Gədəbəydəki qəza ilə bağlı məlumat yaydı - Sükan arxasında DİQQƏTSİZLİK...

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Gədəbəydə baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.
Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.
DYP skuter istifadəçilərinə müraciət etdi
Yol polisi yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT!
Yol polisi piyada keçidlərinin ətrafında maarifləndirici tədbir keçirdi - FOTOLAR
Yol polisi uşaqlar arasında təbliğatı davam etdirir - FOTO
"Bakı Marafonu 2026" ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq
“Təmiz hava” aylığında nəqliyyat vasitələrinə gücləndirilmiş nəzarət aparılır - VİDEO
Yük maşını ilə şou göstərən sürücü yol polisi tərəfindən CƏZALANDIRILDI - VİDEO
Yol polisi Sabunçuda məktəblərə getdi; qaydaları izah edib sualları cavablandırdı - FOTOLAR
Sürət artdıqca qəfil yaranan təhlükələrə reaksiya azalır – DİN-dən sürücülərə ÇAĞIRIŞ
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var








