Gəncədə qayda pozan sürücülər SAXLANILIB - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avtomobillərin səs avadanlıqları quraşdıran və görməni məhdudlaşdıran “Chevrolet” və “Opel” markalı avtomibillərin sürücüləri saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, həmin sürücülər barəsində protokol tərtib edilib nəqliyyat vasitələrində olan dəyişikliklərin aradan qaldırılması təmin edilib.
Bundan başqa tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən “Lada” və “KİA”” markalı avtomobillərin sürücüləri barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin sürücülər inzibati məsuliyyətə cəlb olunub.
Davam etdirilən profilaktik tədbirlər zamanı Gəncə şəhərində bir qrup sürücünün avtomobilləri dövlət qeydiyyat nişanı olmadan və yaxud saxta nişanlardan istifadə edərək idarə etdiyi müəyyən olunub.
Həmin sürücülər də saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.





Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO

















