Naxçıvanda DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib. Bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar.
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ












