Banner

Ali hərbi rütbələr verilən hərbçilər kimlərdir?

Gündəm 7 Noyabr 2026 14:54
Ali hərbi rütbələr verilən hərbçilər kimlərdir?
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova "general-leytenant", polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə və Telman Əsgər oğlu Hüseynova "general-mayor" ali hərbi rütbəsi verilib.

Avtosfer.az xəbər verir ki, Zaur Rüstəmov Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 8 Noyabr - Zəfər paradında təyyarəçilərə rəhbərlik edib.

2022-ci ilin mayında Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində Türkiyənin "Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktarı MiQ-29 qırıcı təyyarəsində müşayiət edib.

Prezident İlham Əliyevin 2022-ci il iyunun 25-də imzaladığı Sərəncamla Zaur Rüstəmova "general-mayor" ali hərbi rütbəsi verilib.

O, 2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini - Hava Döyüş komandiri vəzifəsinə təyin edilib.

 
Siyasətİlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi

2020-ci ildə "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub. 2025-ci il iyunun 25-də isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Telman Hüseynov Vətən müharibəsi zamanı 2-ci Ordu Korpusunun kəşfiyyat şöbəsinin rəisi vəzifəsində xidmət edib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdiyi xüsusi xidmətlərə və döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi qəhrəmanlığa görə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

2010-cu il iyunun 24-də "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmin vaxt mayor rütbəsində olub.

Həmçinin Cəbrayıl, Füzuli, Qubadlı və Ağdamın azad olunmasına görə medallara layiq görülüb.

2024-cü il fevralın 2-də "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.

Hərbi fəaliyyəti dövründə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışıb. 2026-cı il iyulun 8-də isə Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təsdiqlənib.

Elnur Ələsgərli Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektorudur. O, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur.

2023-cü ildə Müdafiə Nazirliyinin nəşr etdiyi "Milli təhlükəsizlik və hərbi elmlər" jurnalında elmi məqaləsi dərc olunub. Həmçinin 2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırladığı "Müasir təhlükəsizlik mühitində strategiya modeli" adlı dissertasiya işinin avtoreferatı nəşr edilib.

2024-cü il iyunun 21-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsinin icrası polkovnik Elnur Ələsgərliyə həvalə olunub.

Prezident İlham Əliyevin 2024-cü il iyunun 25-də imzaladığı Sərəncamla "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

2026-cı il fevralın 20-də Hərbi İdarəetmə İnstitutunun yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbirdə institutun rektoru, polkovnik Elnur Ələsgərli çıxış edib.

Hikmət Əliyev 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 15-də imzaladığı Sərəncamla döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Həmin sərəncamda polkovnik-leytenant hərbi rütbəsində göstərilib.

Prezident İlham Əliyevin 2026-cı il noyabrın 7-də imzaladığı Sərəncamla Hikmət Əliyevə "general-mayor" ali hərbi rütbəsi verilib./oxu.az
/

Oxunub : 66
ŞƏRH YAZ
Ad

E-mail

Şərh