Yol polisi həftəsonu 181 sürücünü saxlayıb Nazirlər Kabinetinin qərarını xatırlatdı - FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə müraciətdə deyilir:
"Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Təəssüflər olsun ki, ötən həftəsonu ərzindən bu qayda pozuntusuna yol verdiklərinə görə 181 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edikərək barələrində qanunamüvafiq tədbirlər görülmüşdür.
Normadan artıq, eləcə də düzgün qablaşdırılmamış yüklərin daşınması yol hətəkəti iştirakçıları üçün real təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların sıradan çıxmasına səbəb olur.
Yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, təyinatından asılı olmayaraq daşınması həyata keçiriləcək istənilən yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamasını nəzarətdə saxlamaqla qayda pozuntusuna yol verməsinlər, özləri və digər hərəkət iştirakçıları üçün yollarda təhlükə yaratmasınlar".
Maşının konstruksiyasını dəyişib qayda pozan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Polis keçidin yaxınlığında qayda pozan piyadanı cərimələdi - VİDEO
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib - FOTO - VİDEO
Polislər bu gün yollarda… - VİDEO
Avtomobildə bunu edənlər yolda saxlanılacaq - 500 manat cəriməsi var
Sürücülər bu hərəkətləri etməsin! - Yol polisindən xəbərdarlıq
DYP-dən təhlükəli döngələrlə bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xətaidə ekoloji reyd keçirildi: Bəzi sürücülərə CƏRİMƏ YAZILDI - VİDEO
Qaxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib - FOTO
Sumqayıtda yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirdi - FOTO - VİDEO









