Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA

Azərbaycan və Gürcüstan paytaxtları arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı mühüm qərar qəbul edilib. Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişiklikdən sonra Bakı–Tbilisi istiqamətində beynəlxalq sərnişin qatarlarının hərəkəti yenidən mümkün olacaq.
Maraqlıdır ki, digər istiqamətlərdə də dəmir yol xidməti bərpa ediləcəkmi?
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Baku.ws"ə bildirib ki, digər istiqamətlərdə oxşar qərarların verilməsi Nazirlər Kabineti tərəfindən aparılan qiymətləndirmələrdən sonra mümkün ola bilər:
"Bu, hökumətin qiymətləndirmələri ilə bağlıdır. Mövcud çağırışlar və risklərin nəzərə alınaraq qərarların verilməsi əsas şərtlərdən biridir. Mütəmadi olaraq Nazirlər Kabineti tərəfindən bu istiqamətdə qiymətləndirmələr davam etdirilir. Bu istiqamətdə yeni qərarların qəbul ediləcəyi birbaşa Nazirlər Kabinetinin qiymətləndirmələrindən və qərarından asılı olacaq".
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












