Bu şəxslər avtomobil idarə etməkdən məhrum oluna bilərlər - VİDEO

83 yaşlı taksı sürücüsünün ehtiyyatsızlıqdan törətdiyi qəza, ahıl sürücülər məsələsini yenidən gündəmə gətirib. İnsanin yaşı artdıqca, hadisə anında reaksiyası azalır. Belə olan halda ahıl sürücülərin qəza törətmə riskləri də çoxalmış olur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Azər Allahverənov - Ekspert: "Çünki yaşlı insan, 75-80-85 yaşlarında olan insan istər istəməz avtomobili idarə edərkən, nə qədər peşəkar olsa da, lap 50 ilin sürücüsü olsa belə bir çox göstəricilərdə arzu olunan səviyyədə deyil".
Bu məsələdə ekspertlər arasında fikir ayrılığı mövcuddur." Yaşa görə heç kimə maşın sürməyi qadağan etmək olmaz" deyə düşünənlər də var.
Elməddin Muradlı - Ekpert: "Kimisə qınamaq olmaz ki, 80 yaşın varsa, maşın sürmə, sağlamlığı imkan verirsə lap 100 yaşında maşın sürsün. Eşitmə, görmə qabiliyyəti zəif olan, sükana sahib ola bilməyən çoxlu sayda sürücülərimiz var".
YHQ-yə edilən dəyişiklikdən sonra, yaş həddi məsələsi avtobus sürücülərinə şamil olunub. Yəni 65-dən yuxarı olan avtobus sürücülərinə D və E kateqoriyaları verilmir. Amma digər sürücülərə bu şamil edilmir.
Adi halda sürücülər üçün yaş məhdudiyyəti qoyulmasa da, yaşlıların mütəmadi olaraq həkim müayinəsindən keçməsi tələb olunur. Sürücülük vəsiqəsinin yenilənməsi də məhz həmin həkim rəyi əsasında aparılır.
Azər Allahverənov - Ekspert: "70 yaşa çatmış sürücülər qeydiyyatda olduğu poliklinikaya mürəciət edir. Bütün yoxlamalardan keçirlər. Və arayışı alır. Yol polisi ilə yanaşı ASAN xidmət də bu işi icra edir. Həmin arayışı verir. Yeni iki illik sürücülük vəsiqəsi alır".
Amma bəzi yaşlı insanların saglamlıq arayışlarını həkimlərdən hansı əsaslarla alması şübhə doğurur. Ona görə də mütəxəssislər bu sahədə nəzarəti gücləndirməyi təklif edirlər.
Elməddin Muradlı - Ekpert: "Mənə belə gəlir ki, yol polisinə belə bir səlahiyyət vermək lazımdır ki, gələcəkdə şübhə yarandıqda, özü vəsadət qaldırıb təkrar komissiya tələb edə bilsin ki, ümumi komissiya baxsın bu doğurdanmı sürücülüyə yararlıdır ya yox".
Dünyanın əksər ölkələrində yaşlı sürücülərlə bağlı xüsusi layihələr icra olunur. Bəzi ölkələrdə könüllü sürücülük vəsiqələrindən imtina edən ahıl sürücülərə, xüsusi imtiyazlar tətbiq edilir. Müsbət praktikalardan yararlanıb, ölkəmizdə də oxşar model tətbiq edilə bilər.
Sürücüdən təhlükəli manevr: Sıxışdırıb qarşısında qəfil tormozladı - VİDEO
Nasaz maşınla yola çıxıb piyadanın üzərinə su sıçratdı - VİDEO
Maşından düşüb irad bildirən sürücünü bir hərəkətlə... - Hamı bu videodan danışır - VİDEO
Bakıda maşınlar bina üzərində drift etdi - TƏDBİR GÖRÜLDÜ - VİDEO
Sürücülərin bu kameradan xəbəri yoxdur: Kütləvi cərimələr yazılır - VİDEO
Xətai yol polisi təhlükə yaradan moped sürücüsünü CƏZALANDIRDI - VİDEO
Lökbatan yolunda xaos: Onlarla sürücü yol çiyninə çıxaraq hərəkəti pozdu - VİDEO
Badamdarda avtobus dayanacağı maşınların arasında itib-batdı - FOTO
“Tələsən” sürücülər əks yola çıxıb axına qarşı hərəkət etdilər - VİDEO
Yüksək sürətlə zolaq dəyişən yük maşını qəza şəraiti yaratdı - VİDEO
Ekologiya postunda narkoman sürücü SAXLANILDI - VƏSİQƏSİ DƏ YOXDUR - VİDEO










