Saxta sənədlə Azərbaycana gələn 20 əcnəbi saxlanılıb - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DSX-nın Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.
12 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq
Sürücüsüz avtobus və qatarlar Azərbaycanda necə tətbiq olunacaq? – EKSPERT
Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA
Mərdəkan qalasının bərpası niyə başa çatmır? – Memar DANIŞDI
Ukraynanın nəqliyyat təcrübəsi Azərbaycana nə qazandıra bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA















