Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL

Biz Rusiyada hər hansı iqtisadi və texniki çətinlik olduqda bir qayda olaraq bunu Qərbin sanksiyaları və Ukrayna müharibəsi ilə izah edirik. Lakin, istisnalar qaydalara aid deyil.
Avtosfer.az xəbər verir ki, Rusiyada ailələrin 49 faizinin minik avtomobili var. Hər min rusa 333 avtomobil düşür. Başqa sözlə, hər 2 ailədən birinin, yaxud hər 3 rusdan birinin avtomobili var. Bu da Avropa ilə müqayisə ediləcək göstəricidir. Birdən çox avtomobili olan ailələrin də sayı kifayət qədərdir.
Lakin, avtomobillərin regionlar üzrə bölgüsü qeyri-bərabərdir. Primorsk diyarı və Kamçatkada müvafiq olaraq hər min nəfərə 540 və 480 avtomobil düşür. Ən az avtomobil Çukotka və Çeçenistandadır – hər min nəfərə 200 ədəd.
Maraqlıdır ki, meqapolislərdə avtomobil azalır. Moskvada hər min nəfərə 310, peterburqda isə 317 maşın düşür. Bunun səbəbi ictimai nəqliyyatdır.
Avtomobil sahibləri tədricən metro, tramvay və avtobuslara üz tuturlar. Səbəb onların daha keyfiyyətli işləməsi, metro və tramvay üçün tıxac probleminin yoxluğudur.
Vüqar
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR












