Zəngilanda dediyi bütün sözlər 2 il sonra gerçək oldu - Prezidentə səmimi TƏBRİK

Biz hələ cənab Prezident İlham Əliyevlə 2021-ci ilin oktyabrında Zəngilanda görüşəndən sonra mən bütün dost-tanışa deyirdim ki, Ali Baş Komandan özünə çox əmindir, güvəni sonsuzdur və çox səmimi şəkildə deyir ki, hər şey yaxşı olacaq, sadəcə biraz zaman lazımdır.
Elə də oldu. Prezident İlham Əliyev cəmi 2 il sonra Zəngilanda bizə dediyi sözlərin hamısını reallaşdırmışdı. Qarabağ tam azad olundu, Xocalı da bizim oldu, Xankəndi də, digərləri də.
Şəxsən mənim o görüşdə toxunduğum Zəngəzur dəhlizi məsələsinin də biraz zaman alsa da gerçəkləşəcəyinə inamım sonsuzdur. Bu inamı İlham Əliyevlə görüşən hər kəs qəlbində daşıyır. O elə bir liderdir ki, insanlarla xoş ünsiyyət qurmağı və inam yaratmağı bacarır. Əsas odur ki, inandırdığı işləri də bir-bir icra edir.
Bu üç fotodan ikisinin mənası çox dərindir. Xarabalıqdan parlaq gələcəyə baxış və ona doğru addımlamaq.


Üçüncü foto isə Zəngəzur dəhlizi ilə bağlı dialoq zamanı çəkilib.

Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Səmimi qəlbdən təbrik edirəm. Möhkəm can sağlığı arzulayıram ki, qarşıya qoyduğu bütün məqsədlərə çata bilsin. Onun üçün bütün məqsədlər yalnız Azərbaycan naminədir.
Bizim o görüşün sonunda bir şüarımız oldu. Prezident İlham Əliyev bizimlə sağollaşıb avtomobilə əyləşəndə qəribə bir sükut yarandı. Mən bu cümlə ilə sükutu pozdum:
- Cənab Prezident! Siz bizi azad Zəngilana dəvət etdiniz, o gün olsun ki, biz də sizi abad Zəngilanda qarşılayaq...
O arzuların da gerçək olmasına az qalıb....
Elməddin Muradlı
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR












