Azərbaycanlı memar Xankəndidəki “Nənə və baba” heykəlinin yerində görün nə təklif edib… - VİDEO

Şəhərsalma və landşaft memarlığı sahəsində 40 ilə yaxın təcrübəyə malik olan memar Cahid Həsənov, ictimaiyyətə yeni layihəsini təqdim edib. Memar Xankəndidə əvvəllər yerləşdirilmiş və heç bir estetik və mədəni dəyəri olmayan “Nənə və baba” adlı erməni memara aid abidənin yerində sosial-mədəni məqsəd daşıyan “Sarı gəlin” Abidə Kompleksinin inşasını təklif edir.
Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, kompleksin əsasını təşkil edən “Sarı gəlin” heykəli, musiqi ritmləri ilə hərəkət edən fəvvarələr, ətrafa yayılan Sarı Gəlin sədaları və işıq effektləri ilə müşayiət olunan rəqs edən fiqur şəklində təsvir ediləcək.
“Bu abidə sadəcə heykəl deyil, həm də interaktiv vizual-musiqili installyasiyadır. Abidənin ətrafında yerləşdiriləcək fəvvarələr “Sarı gəlin” melodiyasının ritmlərinə uyğun hərəkət edəcək və bu zaman müxtəlif türk ölkələrinin tanınmış ifaçılarının tarda, kamançada, piano və digər alətlərdə ifa etdiyi “Sarı gəlin” versiyaları səsləndiriləcək. Musiqilər arasında tarixi və müasir interpretasiyalarla yanaşı, caz və digər dünya musiqi janrlarında ifalar da olacaq. Hər 5 dəqiqədən bir dəyişən bu səsləndirmələr tamaşaçılara həm musiqi, həm vizual, həm də tarixi baxımdan unudulmaz təəssürat yaşadacaq”.
Memar həmçinin qeyd edib ki, heykəlin özü 3,5 metr hündürlüyündə, kürsüsü isə 2,5 metr olacaq.
“Kompleks pilləvari enişlərlə, zəngin yaşıllıqla əhatələnəcək və su elementləri ilə tamamlanacaq.
Bu layihə yalnız Azərbaycanın deyil, ümumilikdə bütün türk dünyasının mədəni dəyərlərini özündə birləşdirən simvolik bir məkan olacaq. Necə ki, Batumidə yerləşən “Əli və Nino” heykəli qısa zamanda turistik cazibə mərkəzinə çevrildi, “Sarı gəlin” Abidə Kompleksi də həm memarlıq baxımından dünya səviyyəsində bir yenilik, həm də turizm baxımından möhtəşəm bir uğur olacaq.
Bu layihə yaşıl şəhərsalmanın, sosial-mədəni dəyərlərin və xalq musiqisinin bir araya gəldiyi nadir nümunədir və inanıram ki, bu kompleks Azərbaycanın mədəni simvollarından birinə çevriləcək”.
Fidan
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO













