Binanın girişində park edilən avtomobilə od vurub yandırdı; cinayət işi açıldı - VİDEO

Yaşayış binasının girişində dayanmış avtomobili yandıran şəxsə cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Saratov şəhərində baş verən hadisənin görüntüləri bir binanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, səhər saatlarında Luqovaya küçəsində yerli sakin olan şəxs içkili vəziyyətdə binanın girişində park edilmiş 37 yaşlı qadın sürücüyə məxsus “Nissan Qashqai” markalı avtomobilin əvvəlcə ön sol şüşəsini daşla sındırıb və daha sonra salona yanar maye tökərək od vurub. Yanğın nəticəsində avtomobilin salonu yanıb.
Yerli KİV-in məlumatına görə, ilkin ziyan 850 min rubl (18338 manat) məbləğində dəyərləndirilib. Nəticədə 51 yaşlı kişi polis tərəfindən saxlanılıb. Onun barəsində protokol tərtib edilib, həmçinin özgənin əmlakına qəsdən zərər vurma maddəsi ilə cinayət işi açılıb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












