Bir yolda 10 dəqiqə ara ilə iki ağır qəza – 2 ölü, 4 yaralı - VİDEO

Dörd nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Rostov vilayətində baş verən hadisə videoregistratora düşüb. Belə ki, 63 yaşlı sürücü idarə etdiyi “Volkswagen Amarok” markalı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatı zamanı qarşıdan gələn qoşqulu “Toyota Land Cruiser 200” ilə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Birinci qəzadan 10 dəqiqə sonra, “VAZ-2110” markalı avtomobil baş verən hadisəyə kömək etmək üçün dayanan “Mitsubishi Outlander”ə arxadan çırpılıb.
Bu qəzada 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu cür qəzalar yollarda diqqətsizliyin və təhlükəsizlik qaydalarına riayət edilməməsinin nə qədər acınacaqlı nəticələrə səbəb ola biləcəyini göstərir. Xüsusilə də, ikinci toqquşma göstərir ki, yol qəzası baş verən ərazidə köməyə gələn sürücülərin özlərinin də əlavə təhlükəsizlik tədbirləri görmələri (qəza işıqlarını yandırmaq, qəza nişanını qoymaq və s.) həyati əhəmiyyət daşıyır.
Sözügedən birinci qəzanın görüntülərini təqdim edirik:
Namiq Musayev
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












