Düzgün işləməyən svetofor sürücüləri çaş-baş salır - ŞİKAYƏT - VİDEO

Bakıda düzgün rejimdə işləməyən svetofor sürücüləri çaş-baş salır. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Abbasqulu Abbaszadə küçəsilə Badamdar şosesinin kəsişməsindən gedir. Belə ki, A.Abbaszadə küçəsilə hərəkət edən sürücülər svetoforun əlavə bölməsinin yanıb söndüyünü görərək dayanırlar. Əlavə bölmə söndükdən 3-4 saniyə sonra yenidən yanır. Buna əhəmiyyət verməyən sürücülər sağa dönənlərin yolunu kəsirlər. Bu isə sıxlığa və ləngimələrə yol açır.
Qeydə alınan videodan da aydın şəkildə görünür ki, 77-XQ-859 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü əlavə bölmənin sonradan yanmasına əhəmiyyət vermədiyi üçün görüntünü qeydə alan avtomobilin yolunu kəsib.
Qeyd edək ki, burada svetoforun düzgün rejimdə işləmədiyi aydın şəkildə görünür. Ümid edirik ki, aidiyyatı qurumlar tez bir zamanda yaranmış nöqsanı aradan qaldıracaq.
Fərid
Sükan arxasında makiyaj edən qadın sürücüləri hövsələdən çıxardı - VİDEO
Bir anlıq diqqətsizlik, bir ömürlük ağrı – Yol qəzası qurbanları anılıb - VİDEO
Gəncədə “Mitsubishi” qarşıdan gələn “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Binədə sürücü yolu bağlayıb qəza şəraiti yaradan şəxsi mübahisəyə çağırdı - VİDEO
Sürücülərin gözünü qamaşdırıb maşının qapısını açıq saxladı – İrada cavabı isə... - VİDEO
Bakıda ödənişli zonalara giriş və tarif qaydası necə olacaq? - TƏHLİL - VİDEO
Dünyanın daha bir nüfuzlu şin markası - Niderland mənşəli "Vredestein" Azərbaycan bazarına daxil olur - VİDEO
Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər - VİDEO
Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi - VİDEO
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO











