Həkim olmaq istəyən fiziki qüsurlu uşağın arzusu “Yeni Klinika”da reallaşdı - VİDEO

"Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığına həsr olunmuş tədbir zamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə fiziki qüsurlu şagird arasında baş tutan dialoq izləyicilər arasında marağa səbəb olmuşdu. Avtosfer.az xəbər verir ki, dialoq zamanı Bakı şəhər DYP İdarəsinin baş inspektoru, polis moyoru Araz Əsgərlinin “Gələcəkdə nə işləmək istəyirsən?” sualına “həkim” deyə, cavab verən 6 yaşlı Ədalətin arzusu “Yeni Klinika”nın dəstəyi nəticəsində bir günlük də olsa reallaşıb. Belə ki, Ədalət üçün klinika daxilində tur keçirilib. Tur zamanı Ədalət “doktora”, “Yeni Klinika”nın İctimaiyyətlə və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nuridə Allahyarova bələdçilik edib. Eyni zamanda, klinikanın direktor müavini, “Cərrahiyyə və transplantasiya” mərkəzinin rəhbəri Eldar Əhmədovun da qəbulunda olub.
Qeyd edək ki, TƏBİB-in icraçı direktorunun müşaviri, “Yeni Klinika”nın İdarə Heyətinin üzvü Pərvin Əkbərov Ədalətin fizioterapiya və reabilitasiyası məqsədi ilə müvafiq prosedurlarının icra ediləcəyini də vurğulayıb.
Nurlan Sakitoğlu
Xarici nömrə nişanlı avtomobilin sürücüsü təcili tibbi yardıma yol vermədi - VİDEO
Qızları avtomobilə yığıb avtoxuliqanlıq etdi – Polis saxladı - VİDEO
Tblisiyə gedən qatarın sərnişinləri yaradılan şəraitdən məmnun qalıblar - VİDEO
“Sea Breeze”də Azərbaycanda ilk Təhlükəsizlik Konfransı keçirildi – “Bolt”dan AÇIQLAMA - VİDEO
Qaydaları tərsinə anlayan sürücü motosikletçi ilə mübahisə etdi - VİDEO
Qadın sürücü qəzaya səbəb oldu; avtomobil körpüyə çırpıldı - FOTO - VİDEO
Səfərbərlikdən qaçan sürücü avtomobili qadın polisin üzərinə sürdü - VİDEO
Qadın sürücünü sıxışdırıb belə dedi - “Qaziyəm, nə edirsən et” - 90-LR-701 - VİDEO
Pedalların yerini səhv salan qadın sürücü qəza törətdi - VİDEO
Qırmızıdan keçən 15 yaşlı sürücü ağır qəza törətdi - VİDEO
"İnfiniti" dayanacağa çırpıldı; 3 yaralı - VİDEO








