Banner

Heydər Əliyevin vəfatından 22 il keçir - VİDEO

Avtosfer TV 12 Dekabr 2025 18:30 Oxunub 400
Heydər Əliyevin vəfatından 22 il keçir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün – 12 dekabr müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümumilli Lider Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar bir sıra dövlət və hökumət nümayəndələri, ictimai birliklərin əməkdaşları, eləcə də əhali tərəfindən Ulu önrədin Fəxri Xiyabandakı məzarı ziyarət edilib.

Avtosfer.az xəbər verir ki, ziyarət edənlər arasında Medianın İnkişafı Agentliyinin rəhbərliyi və nümayəndələri, incəsənət sahəsində çalışan şəxslər, aktyorlar, rəssam və heykəltaraşlar, eləcə də deputatlar və komitə sədrləri də yer alıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Avtosfer.az-a müsahibəsində bildirib ki, Ulu öndər Heydər Əliyevi böyük məhəbbətlə anır və onun ruhunu ehtiramla yad edir:

“Heydər Əliyev Azərbaycan jurnalistlərinin dostu idi. Dəfələrlə Azərbaycan jurnalistləri səsvermə yolu ilə onu özlərinə dost seçmişdilər. Onun hakimiyyəti dövründə media ilə münasibəti, jurnalistlərlə davranışı bir nümunə idi. Biz onun çıxışlarını xatırlayırıq — çox dolğun məzmunlu və əhatəli olurdu. Onlar tarixi çıxışlar idi; Azərbaycanın taleyinin həlledici mərhələsində dövlətimizi xilas etdi və ona rəhbərlik etdi.Bu günkü uğurlarımızın əsasında da onun siyasi xətti dayanır. Onun xatirəsini anmaq bizim mənəvi borcumuzdur”.

Sabiq deputat, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı açıqlamasında deyib ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, memarı, Ulu öndər fenomenal tarixi şəxsiyyət idi.

“Milli dövlətçilik quruculuğunda müstəsna və əvəzsiz rol olan Ulu Öndərimiz demokratik cəmiyyətdə siyasi sistemin, siyasi partiyaların yerini və rolunu çox yüksək qiymətləndirirdi. Məhz onun zamanında müxtəlif baxışları ifadə edən partiyaların inkişafını çox maraq maraqlı idi. Baxmayaraq ki, həmin partiyaların içərisində avantüristlər, təxribatçılar, şəxsi məqsədlərini önə çəkib milli maraqlara əhəmiyyət verməyən, bəzi hallarda onun əleyhinə gedən partiyalar olsa belə, Ulu Öndər bunun tarixi bir keçid dövrü olduğunu bilərək bütün partiyalar üçün geniş imkanlar yaradırdı. Onun dövründə siyasi partiyalar həqiqətən ciddi inkişaf mərhələsinə qədəm qoydu və Azərbaycanın siyasi sistemində mühüm rol oynamağa başladı. Xatırlayıram ki, bizimlə dəfələrlə görüşündə partiyaların daha da güclənməsini, dövlətçiliyimizə, xalqımıza, Vətənə sədaqətlə xidmət etməyi tövsiyə edir və bildirirdi ki, Azərbaycanın gələcəyi siyasi partiyaların oynadığı ciddi roldan asılı olacaq”.

Aktyor Mətləb Abdullayev də ziyarətə gələnlər arasında idi:

“Bu gün Ümummilli Liderimizin anım günüdür, Allah rəhmət eləsin, ruhu şad olsun. Biz, Azərbayucan xalqı, həmişə onun qarşısında baş əyirik. Mədəniyyət və incəsənət xadimlərinə Ümummilli Liderimiz xüsusi önəm verirdi. O, aktyorları müğənniləri sənətkarları çox sevirdi, tez-tez tamaşalarımızda olurdu. Bizləri, sənət adamlarını çox yaxşı qiymətləndirirdi. Biz bir ömür boyu ona borcluyuq. Allah ona reəhmət eləsin, qəbri nurla dolsun”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərdi Şəfiyev Avtosfer.az-a müsahibəsi zamanı qeyd edib ki, artıq 32 il keçib və biz artıq görürük ki, Heydər Əliyevin siyasi irsi Azərbaycanın bugünkü inkişafında hansı rol oynayır.

“2025-ci ildə biz azad olmuş torpaqlara gedirik. Bizim iqtisadi inkişafın nəticələri var. Amma bütün bunların təməlini Heydər Əliyev 1994-cü ildə və ondan sonra aparılan siyasətlə qoymuşdu. Məhz bu nəticənin bir növ əsası o vaxt formalaşmışdı”.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov elə Heydər Əliyevin hakimiyyəti illərində quruma rəhbər təyin edilmişdi. Ulu öndərin uğurlu siyasətinin nəticəsində artıq ölkədə səsvermə zamanı şəffaflığa təminat verilmiş, bir sıra siyasi partiyaların nümayəndələri parlamentdə təmsil olunma imkanı əldə etmişdi. Sədr bildirib ki, Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, onun anım günü də hər il daha çox insan tərəfindən yad edilir.

“Bu da təbiidir, çünki zaman keçdikcə böyük insanların gördüyü işləri daha yaxşı anlayırıq. Mənim üçün Azərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə baxanda görürük ki, Sovet hökumətinin dağılma dövründə Azərbaycana başqa bir ssenari yazılmışdı, bu ölkənin uğursuz, baş tutmamış dövlət kimi qalması üçün müəyyən addımlar atılırdı və bu proses mərkəzdən idarə olunurdu. Lakin əgər bir xalqın tarixində müstəqil dövlət qurmaq yazılıbsa, həmin tarixi həyata keçirəcək şəxsiyyəti də görünməz qüvvə özü yetişdirir. Heydər Əliyev məhz belə bir şəxsiyyət idi. O, dünyanın idarə edən qüvvələr tərəfindən yazılmış ssenarini pozmağı bacardı. Bunun üçün Heydər Əliyev kimi qüdrətli insan olmaq lazım idi. Azərbaycan xalqının taleyi görünür elə yazılmışdı ki, onun böyük oğlu olacaq və müstəqil dövləti heç kim dağıda bilməyəcək”.

Səfər

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh