Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO

Masazır qəsəbəsi, Nizami Məmmədov küçəsində sürücülərin kütləvi şəkildə yol hərəkəti qaydalarını pozması kameraya düşüb.
Avtosfer.az-a müraciət edən izləyici hadisə ilə bağlı videomaterial göndərib. Kadrlardan görünür ki, 77-VZ-970 dövlət qeydiyyat nişanlı “Changan” markalı, “Ford” markalı, 10-YD-552 dövlət qeydiyyat nişanlı “Nissan” markalı və digər avtomobillər əks istiqamətli hərəkət zolağına çıxıblar.
Nəticədə onlar qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədiblər. Daha sonra öz zolaqlarına qayıtmaq üçün manevr edən avtomobillər bu dəfə həmin istiqamətdə hərəkət edən sürücülərin ləngiməsinə səbəb olublar.
Nəticədə avtomobillər işıqforun yaşıl işığı zamanı yolayrıcından keçə bilməyib və növbəti yaşıl işığın yanmasını gözləməli olublar. Bu isə küçədə hərəkətin daha da çətinləşməsinə və xaotik vəziyyət yaranmasına səbəb olub.
İzləyici qeyd edib ki, sözügedən küçədə oxşar mənzərə demək olar ki, hər gün təkrarlanır.
Nərmin
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO












