Şəhərciyə gedən yol bərbad vəziyyətdədir - Sakinlərin şikayət etmədiyi yer qalmayıb- VİDEO

Masazır qəsəbəsindəki yaşayış binalarına gedən yolun yararsız vəziyyətdə olması sakinlər üçün ciddi narahatlıq yaradır. Zəngilan şəhərciyində məskunlaşan sakinlər bu barədə Avtosfer.az saytına müraciət edərək problemin ictimailəşdirilməsini xahiş ediblər. Onların sözlərinə görə, qəsəbənin Azadlıq küçəsinin uzun bir hissəsində asfalt örtüyü çöküb və yolun səthi yararsız hala düşüb. Bu vəziyyət sakinlərin gündəlik hərəkətini xeyli çətinləşdirir.
Sakinlər bildirirlər ki, yaranmış problemdən dolayı mənzil başına gedib-gəlmək çətinləşib. Qeyd olunur ki, həmin ərazidə yalnız yaşayış binaları deyil, məktəb və müxtəlif müəssisələr də yerləşir. Yolun bərbad olması səbəbilə bu istiqamətdə hərəkət edən sürücülər çalalara düşməmək üçün məcbur qalıb əks istiqamətə çıxırlar. Bu isə yolda təhlükəli vəziyyət yaradır, qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza riskini artırır.
Sürücülər qeyd edirlər ki, artıq uzun müddətdir bu problem davam edir. Yolun yararsız vəziyyəti nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik konkret tədbir görülməyib. Onların sözlərinə görə, yolun təmir olunması əvəzinə, sadəcə olaraq çınqıl tökülməklə müvəqqəti tədbir görülüb. Bu isə problemi həll etmək əvəzinə, sadəcə, gözə görünən mənzərəni dəyişməyə xidmət edir.
Zəngilan şəhərciyinin sakinləri aidiyyəti qurumlardan yolun əsaslı şəkildə təmir olunmasını və təhlükəsizlik tədbirlərinin görülməsini xahiş edirlər.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












