Skuterlə qırımızıdan keçən 16 yaşlı qızı maşın vurdu - VİDEO

Nizamlanan piyada keçidində işıqforun qırmızı işıqından keçən skuterli qızı avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, şəhərin Babuşkina küçəsində 56 yaşlı sürücü idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada keçidində elektrikli skuterlə yolun qarşı tərəfinə keçmək istəyən 16 yaşlı qızı vurub.
Zərbənin təsirindən yeniyetmə havaya qalxaraq bir neçə dəfə fırlanıb və asfalta çırpılıb.
Qəza nəticəsində xəsarət alan 16 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polisin yerli mediaya verdiyi məlumata görə, qızın idarə etdiyi elektrikli skuter icarə olub və o, nizamlanan piyada keçidində işıqforun qırmızı işığından keçib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












