Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO

Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində çəkilmiş xətt sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ərazidən video paylaşan bəzi istifadəçilər sürücülərin burada dönmə manevri edərkən qaydaları pozmağa məcbur olduğunu qeyd ediblər.
Bir çoxları isə sürücülərin dönmə bucağını düzgün götürdüyü halda qayda pozuntusunun olmadığını, xətlənmənin yoldakı sıxlığın və xaotik hərəkətin qarşısını almağa hesablandığını deyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli bildirib ki, sürücülər qaydaları pozmamaq üçün diqqətli olmalıdır: “Təəssüflər olsun ki, sözügedən ərazidə bəzi sürücülər tərəfindən nişanlanma xəttinin tələbi pozulur. Belə hallar aşkarlandığı təqdirdə sürücü barəsində qanunamüvafiq tədbirlər görülür. Mövcud qanunvericiliyə əsasən, 1.1 üfüqi nişanlanma xəttinin tələbinin pozulması qadağandır və inzibati məsuliyyət yaradır. Nişanın tələbinin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulub. Sürücülərdən xahişimiz odur ki, yollarda diqqətli olsunlar, nişanlanma xətlərinin tələblərinə ciddi şəkildə riayət etsinlər”.
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO












