«07»ni arxaya sürən avtoşa 30 sutka həbs verildi - YENİLƏNİB

Bakıda gəlin kortejini müşayiət edən VAZ-2107 markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsü həbs olunub. Bu barədə Avtosfer.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, həmin sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad Rəsulovdur. Bu gün polisin keçirdiyi tədbirlər nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin «avtoxuliqanlıq» maddəsi ilə inzibati protokol tərtib olunan Fuad Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə avtoş sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.
Qeyd edək ki, videogörüntülərdən də göründüyü kimi, sürücü «peşəkarlıq nümayiş etdirərək” yol boyu maşını arxaya sürüb. Amma bu əməllər birmənalı olaraq avtoxuliqanlıqdır. Çünki sürücü dəfələrlə qəza şəraiti yaradır, sürət həddini aşır, başqa maşınların yoluna çıxaraq onları hərəkət istiqamətini dəyişib yoldan çıxmağa məcbur edir. Hər halda, toy günü bu cür əməllər normal qəbul edilə bilməz. Bu sürücünü toyu yasa döndərmək niyyətli biri kimi də qəbul etmək olar. Təcrübə göstərir ki, son vaxtlar toy kortejlərində qəzalar tez-tez baş verir ki, sonu bədbəxt nəticələrə gətirib çıxarır.
Əldə etdiyimiz başqa bir məlumata görə, 90 XF 766 nömrəsi artıq mövcud deyil. Həmin nömrə yol polisinə təhvil verilib. Ehtimal olunur ki, avtoşluq edən avtomobilin sürücüsü saxta nömrədən istifadə edib. Videodan izlədiyiniz hadisə isə Mərdəkan qəsəbəsində qeydə alınıb.
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?
Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO
Yayda mühərriki qızdırmaq lazımdırmı?
Çin maşınlarına maraq artır; sürücülərin seçimi niyə elektromobillər olur? - RƏY
Avtomobil nəhəngi işçilərinin sayını azaldır - Çin bazarının...
Avtomobil utilizasiyasında strateji məqam - FOTO










