Banner

«07»ni tərsinə sürən avtoşla bağlı ŞOK xəbər

Avtoxəbər 24 May 2014 01:38 Oxunub 2299
«07»ni tərsinə sürən avtoşla bağlı ŞOK xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə Fuad Rəsulova avtoşluğa görə yox, polisə müqavimət adıyla 30 sutka həbs verib

Bir neçə gün əvvəl Bakıda gəlin kortejini müşayiət edən VAZ-2107 markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsünün həbs olunması barədə məlumat vermişdik. Həmin hadisə ilə bağlı Avtosfer.az saytına maraqlı məlumat daxil olub. Sən demə, avtoşluq edən sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad Rəsulov avtoşluğa görə yox, polisə müqavimətə görə həbs olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə avtomobili toy karvanında tərsinə sürən sürüc ilə bağlı videomateral yayıldıqdan sonra polisin keçirdiyi tədbirlər nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb. Fuad Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə s&uumuuml;rücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.

Fuad Rəsulovun yaxınları Avtosfer.az saytına bildiriblər ki, həmin hadisə 2012-ci ildə baş verib və 2 ildən sonra bu xətaya görə kimisə cəzalandırmaq düzgün deyil: «Fuadın 3 uşağı var. Cavanlıqda elədiyi qayda pozuntusuna görə peşmandır. Ona görə adamı tutub 30 sutka həbs vermək düzgün deyil».

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bildirib ki, törədilmiş inzibati xətanın üstündən 2 ay müddət keçirsə və bu müddətdə heç bir tədbir görülmürsə, o, xətaya görə şəxsi cəzalandırmaq doğru deyil. Ərşad Hüseynov onu da bildirib ki, hansısa hakimin belə bir kobud səhvə yol verərək iki il əvvəl baş vermiş hadisəyə görə sürücüyə həbs verilməsinə inanmır. Avtosfer.az saytının apardığı araşdırma nəticəsində məlum olub ki, əslində, yol polisi avtoşluq edən sürücü Fuad Rəsulovu aşkar etdikdə onun törətdiyi əməlin 2 il əvvəl baş verdiyini bilirmiş. Lakin Fuadın dərhal tapılıb cəzalandırılması barədə yüksək dairələrdən göstəriş verildiyi üçün DYP əməkdaşları başqa üsul seçiblər. Belə ki, Fuad Rəsulov məşkəməyə avtoxuliqan kimi yox, polisə tabel olmayan şəxs kimi təqdim olunub. Xəzər rayon Məhkəməsi də bu əmələ görə Fuad Rəsulov barəsində 30 sutka həbs qərarı çıxarıb.

Fuad Rəsulovun atası Əbdül Rəsulov da Avtosfer.az saytına açıqlamasında bildirib ki, həqiqətən də oğlu avtoxuliqanlıq əməlinə görə yox, polisə müqavimət adıyla məsuliyyətə cəlb edilib. Atası oğlunun həbsinə narazılığını da bildirib. O, hətta mətbuatı 2 əvvəl baş vermiş hadisəni ictimailəşdirməkdə də ittiham edib: «Bu hadisə 2 il əvvəl baş verib. Buna görə adam tutmaq doğru deyil. Saytlarda da məlumatı yayanda yazmayıblar ki, hadisə 2 il əvvəl baş verib. General da baxıb videoya, göstəriş verib ki, tutub cəzalandırsınlar. Polis də oğlumu tutub bölməyə aparanda sənədə qol çəkdiriblər ki, guya polisə tabe olmayıb. Amma bunu qanunsuz sayırıq. Biz rəhbərliyin göstərişinə qarşı çıxmırıq. Ancaq belə də olmaz axı».

 

Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh