20 baldan sonra sürücünü nə gözləyir?

İnzibati məsuliyyət məsələsində xeyli dəyişikliklər qüvvəyə mindi
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunun qüvvəyə minməsi haqqında fərman imzalayıb. Sürcülərin törətdiyi qayda pozuntularına görə inzibati məsuliyyət məsələsində xeyli dəyişikliklər nəzərdə tutan qanun qüvvəyə minir. Əsas yeniliklər bunlardır:
1. Qayda pozan sürücünün hər hansı DYP orqanına çağırılması istisnasız olaraq qadağan edilir.
2. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılır.
3. 20 cərimə balı toplandıqda sürücülük hüququ əvvəlki kimi 2 aydan 1 ilədək yox, konkret olaraq 6 ay müddətinə məhdudlaşdırılacaq. Bununla, məhdudlaşdırmanın müddəti konkretləşdirilir.
4. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir.
5. Cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 3 gündən 5 günə qədər qaldırılır.
6. Sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilir və s...
Bu dəyişikliklərin bəzilərinin geriyə qüvvəsi də var.
Avtosfer.az-ın məlumatına görə, dəyişikliklərdə o da qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat miqdarında cərimə edilir.
Bundan əlavə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə hüquqi şəxs üç yüz manat miqdarında cərimə edilir.
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










