2023 “Porsche Cayenne”nin salonu təqdim edildi - FOTO

“Porsche” bu ilki “Cayenne”nin daxili məkanında yeni və fərqli dizayna üstünlük verib. Avtosfer.az xəbər verir ki, salonun ön qismindəki rəqəmsal və analoq ünsürləri arasında qüsursuz tarazlıq quran yeni “Cayenne” təzələnmiş ekran və idarə seçimi, qövsvari dizayn olunmuş rəqəmsal idarəetmə paneli, video axını xüsusiyyətli sərnişin ekranı, optimallaşdırılmış bağlantı funksiyalarıyla sürücü və digər şəxslər üçün tamamilə yenilənmiş təcrübə təqdim etməyə hazırlaşır.
“Porsche” aprelin 18-i Çində təşkil olunan “Auto Shanghai” sərgisində dünya premyerasını edəcək yeni “Cayenne” ilə cığır açan ekran və idarəetmə konsepsiyasını təqdim edir.
Yeni salon dizaynı “Porsche”nin elektromobil sport avtomobili “Taycan”ın önə çıxan daxili məkan ünsürlərini baz alaraq bunları ilk dəfə daxildən yanan mühərrikə sahib “Porsche”yə əlavə edir. Salonda dəyişkən ekran seçimlərinə sahib qövsvari rəqəmsal idarəetmə paneli, yenidən dizayn edilmiş sürətlər qutusunun yerləşdiyi hissə və yeni nəsil sükan çənbəri var.
Təzədən yerləşdirilən sürətlər qutusunun qolu (dəyişdirmə şunuru) artıq sükan çənbərinin sağında yer alır. Bu baxımdan salonun mərkəzində inkişaf etmiş qara rəngli panel dizaynlı böyük kondisioner idarəsinə yer ayrılmış olur. İstifadəçilər istəyə bağlı sərnişin ekranı vasitəsilə maşın və sürücü ilə yeni qarşılıqlı əlaqə səviyyəsini yaşayır.
Sürücü avadanlıq səviyyəsinə görə dəyişkənlik göstərən idarəetmə panelində yeddi ədədə qədər görüntü arasında seçim edir. Diaqnostika aparatı, Naviqator, Gecə Görmə Köməkçisi və ya 3D sürücü yardım sistemi ön planda olacaq formada seçim edilə bilər. Həmçinin sadələşdirilmiş görünüş və klassik rejimlərdəki digər variantlar arasında yer alır. Klassik rejim “Porsche”nin tipik 5 elementli idarəetmə paneli dizaynını müasir çağa daşıyır.
Yeni “Porsche” sürücü təcrübəsinin dogər önəmli özəlliyi də rəqəmsal və analoq ünsürləri arasında qurulan tarazlığıdır. Sürmə təcrübəsi üçün vacib olan bütün nəzarətlər birbaşa sükan çənbərinin ətrafında yerləşdirilmiş vəziyyətdədir.
“Porsche”nin ənənəvi özəlliklərindən biri olan mühərrik işə salma düyməsi sükan çənbərinin solundadır. Sürətlər qutusunun qolu artıq çənbərin sağında, idarəetmə paneli isə mərkəzi ekran arasındadır.
Əvvəlki modellə müqayisədə tamamilə yenidən dizayn olunmuş çox funkskiyalı sport sükan çənbəri 911 təməl alınaraq daha bir irəli səviyyəyə çatdırır. Normal Offroad, Sport və Sport Plus rejimlərini birbaşa sükan çənbəri üzərindən seçməyə yönəlmiş sürmə rejimi düyməsi artıq standart olaraq sükanda yerləşir. İdarəetmə panelindəki funksiyaları və dizaynları seçmək üçün istifadə olunan keçid düyməsi də birbaşa sükan çənbərində yer alır.
Nərmin Əkbər
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA















