2024 “BMW i7 M70 xDrive” təqdim olundu - FOTO

“BMW” tam bir il əvvəl flaqman modeli 7 seriyasının elektromobil versiyası olan “i7”ni təqdim etdi. Alman avtomobil istehsalçısı indi isə “i7”nin ən güclü seçimi kimi qiymətləndirilən “i7 M70 xDrive”ı istehlakçılara təqdim edir. Yeni “BMW i7 M70 xDrive” daha güclü elektrik mühərrikinə malikdir. Belə ki, yeni modelin “i7 xDrive60” ilə müqayisədə elektrik mühərrikinin 25,5 faiz daha güclü olduğunu deyə bilərik.
Avtosfer.az xəbər verir ki, arxa təkərlərdəki mühərrik 489 at gücü hasil etdiyi halda, ön təkərlərdə bu göstərici 258 at gücünə çatır. Bu o deməkdir ki, “BMW i7 M70” markanın ən güclü elektromobil mühərrikli avtomobilidir.
İdman rejimində 1000 Nm-ə qədər fırlanma anı təqdim edə bilən avtomobil 0-96 km/saat sürətlənməsi 3,5 saniyə çəkir. Yeni flaqmanın maksimal sürəti isə 249 km/saat olaraq müəyyən edilib.
Qeyd edək ki, 474 kilometrə qədər məsafə qət edə bilən yeni “i7” 195 kVt-a qədər sürətli enerji doldurma funksiyasına malikdir. Beləliklə, avtomobili cəmi 34 dəqiqə ərzində 100/10-dan 100/80-ə qədər enerji yığır. “BMW i7 M70”də olan maksimum diapazon rejimi avtomobilin batareyası bitdikdə işə düşür.
Bu rejimdə 90 km/saat həddini keçə bilmək mümkün deyil. Eyni zamanda avtomobildə enerji sərf edən bəzi funksiyaları da fəaliyyətini dayandırır. “BMW”nin son nəsil məlumat-əyləncə sisteminə də sahib olan yeni “i7 M70”in 120.000 dollardan daha yüksək qiymətə alıcılara təqdim olunacağı düşünülür. “BMW”nin flaqmanı “i7”nin başlanğıc qiymətinin 120 000 dollar olduğunu nəzərə alsaq, “i7 M70”in təxminən 160 000 dollar olacağını təxmin edilir.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR















