“Renault Escape” yeni nəsil “SUV”a çevrildi - FOTO

Mikroavtobus dünyasının nadir təmsilçilərindən olan “Escape” 1984-cü ildən etibarən aramızdadır.
Avtosfer.az xəbər verir ki, son illərdə istifadəçi tərcihinin mikroavtobuslardan yan keçməsi bu simvolik modelin də gələcəyini təhlükə altında saxlayırdı. “Renault” isə bu adı yox etmək əvəzinə özünə yeni şans verməyi qərara aldı.
Yeni və artıq bir SUV olan “Renault Escape” ilə tanış olaq. Yerini aldığı mikroavtobus qardaşından 14 santimetrə qədər qısa olan model 215 kiloqrama qədər yüngülləşmiş vəziyyətdədir.
Tam 159 litrlik baqaj həcmi təqdim edəcək “Escape” bu mənada mikroavtobus halını az da olsa axtarmağımıza səbəb olacaq. Oturacaqları üfüqi vəziyyətə gətirdiyimiz zaman bu rəqəm 1818 litrə çataraq daxil olduğu sinfin ən yaxşıları sırasına qoşulduğunu göstərir. Əgər beş oturacaqlı modeli seçib onları ən qabağa çəksək bu həcm 777 litrə çatır. Fransız istehsalçısının metbuata olan açıqlamasına görə model salon daxilində də 39 litrə çatan saxlama yeri təqdim edəcək.
“Escape” müştərilərin istəklərinə nəzərə alan heyət insanların salonda daha rahat hiss etmələri üçün avadanlıq siyahısına nəhəng lyuk seçimini əlavə edib. 12.3 qarışlıq rəqəmsal idarəetmə panelini və 12 qarış böyüklüyündə məlumat-əyləncə sistemini standart olaraq saxlanılıb.
Eyni “Austral” kimi “Escape” də dizel mühərrikləri arxasında qoydu. Belə ki, modeli 1.3 litr benzinli və hibrid dəstəkli mühərrik ilə satın ala bilərik. Üç silindrli daxildən yanmalı model 131 at gücü və 25 Nm fırlanma anı hasil edir. Ana elektromobil mühərriki isə 68 at gücü və 205 Nm fırlanma anı istehsal edir. Digər elektromobil mühərrik isə başlanğıc generatoru kimi çıxış edir.
Qeyd edək ki, “Renault Escape” satışına yaz ayında başlayacaq.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?

























