2024-cü il “Toyota Tacoma” üçün təqdimat zamanıdır - FOTO

“Toyota” yeni nəsil “Tacoma”nın təqdimat şəkli qarşımıza çıxdı.
Avtosfer.az xəbər verir ki, marka təqdim edəcəyi yeni nəqliyyat vasitəsi üzərində mövcud modelə görə çox dəyişiklik etməyib. Göstərilən eskiz rəsmlərə, əsasən modelin aqressiv faralarının və altında şaquli hava girişləri olan barmaqlıqlarının olduğunu qeyd edə bilərik.
Avtomobilin salonuna gəldikdə isə böyük dəyişiklərin olacağını gözlədiyimizi vurğulamaq istərdik. Sürücü hissəsində olan rəqəmsal idarəetmə paneli və yeni idarəetmə paneli tablosu məlumat-əyləncə ekranı və digər xidmətləri yerinə yetirəcək. Daha öncə yayılan hesabatlardan yola çıxaraq söyləyə bilərik ki “Tacoma”nın daha böyük “Tundra”nın təməlini qoyan eyni “TNGA-F” memarlığına əsaslanması gözlənilir.
Modelin güc ötürmə orqanlarından danışarkən 265 at gücü istehsal edən turbomühərrikli 2.4 litrlik dörd silindirli olacağı söylənilir. Ən üst səviyyə mühərrik seçimi 2.4 litrlik turbo ilə elektromobil mühərriki uyğunlaşdıran hibrid quraşdırmanı gətirəcəyi ehtimalı var.
Qeyd edək ki, “Tayota Tacoma”nın nə zaman təqdim olunacağı tarix hələlik bəlli deyil.
Nərmin Əkbər
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR



















