2024 “Mazda 3” Yaponiyada özünü göstərdi - FOTO

Dördüncü nəsil “Mazda 3”ün 2018-ci ilin sonlarına gəldiyimiz zaman təqdim edilmişdi. 2023-cü ildə olduğumuza nəzər salsaq markanın yeni nəslinin vaxtının çoxdan gəlməli olduğunu görə bilərik. Marka da onu sevənlər kimi düşünərək gözlənilən dizaynı modelə verib. Avtosfer.az xəbər verir ki, keçən həftə Yaponiyada təqdim olunan avtomobil salon daxilində rəngləmə və texniki yeniləmələrlə qarşımıza çıxır.
JDM özəlliyinə sahib 2024 “Mazda 3” artıq metal keramika rəngi ilə bizi salamlayır. Belə ki, avtomobilin məlumat-əyləncə ekranının ölçüsü 10.25 qarış olaraq müəyyən edilib. Eyni zamanda ekran keçmiş 8.8 qarış olan proqram təminatından biraz daha böyük şəkildə və işıqlandırmalı USB-C bağlantı nöqtələriylə birlikdə yer alır. Əlavə olaraq modeldə kabelsiz batareya yastığı da mövcuddur.
“Mazda” sürücülərin diqqəti dağıldığı zaman dövrəyə girən bir Diqqətsiz Xəbərdarlıq Sistemini də modelə tətbiq edərək güvənlik testindən də keçmiş olur. Belə ki, sürücü bu halla qarşılaşdıqda həyəcan siqnalı eşidilməklə yanaşı, ekranda xəbərdarlıq mesajını görə biləcək. Bununla bərabər, “Mazda 3” piyada keçidləri xaricində gördüyü müxtəlif əngəlləri də müəyyən edir.
Qey edək ki, modelə “CX-60”dan özəllik ötürülüb. MyMazda tətbiqi vasitəsilə sürücü avtomobilin mühərrikini uzaqdan işə sala biləcək. “CX-60”dan gələn digər xüsusiyyətsə avtomobilin oğurlaması kimi neqativ hallar baş verdiyi zaman Mazda My Car Care tətbiqinin dövrəyə girməsi olacaq.
Xəbərimizin sonuna gələrkən vurğulayaq ki, 2024 “Mazda 3” Yaponiyada iyun ayının ilk həftələrində 17 500 və 30 000 dollarlıq satış etiketləriylə buraxılacaq.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR











