2024 “Mercedes-Mybach EQS” SUV-un yüksək şəkildə təqdimatı keçirildi - FOTO

“Mercedes”in iki il ərzində altı yeni tam elektromobil EQ avtomobil modellərini təqdim etməsindən sonra şirkət işçilərinin fasiləyə layiq olduğunu düşünülsə də, marka bu yaxınlarda EQS və EQE sedanlarının AMG versiyalarını təqdim etdi. İndi isə EQS-nin SUV versiyası “Maybach” modeli ilə qarışır.
Avtosfer.az xəbər verir ki, digər “Maybach” modelləri kimi, 2024-cü il buraxılışı da iki rəng tonunu özündə birləşdirir. “Mercedes”in simvolik ulduzu kapotda özünü göstərərkən iki fərqli disk variantı təqdim etməsi avtomobilin dizaynını bütünləşdirir. Belə ki, 21 qarışlıq disklər standart olaraq təqdim edilərkən 22 qarışlıq olanlar tərcih kimi təklif olunur.
Tənzimlənən elektrikli oturacaqlarda hər cür luks özəlliklərə malikdir. Salonda, xüsusilə arxa tərəfdə isidici funksiyaya malik stəkan tutacaqları, dörd USB-C və iki HDMI portu kimi bir çox multimedia funksiyaları quraşdırılıb. Ön oturacaqların arxasında yerləşən 11,6 qarışlıq planşetlər sərnişinlərin məlumat-əyləncə sistemindən yararlanmasına şərait yaradır.
Hyperscreen ekran texnologiyasının yerləşdiyi ön tərəfdə iki fərqli ağac dizayn variantı var.
V658 at gücünə malik avtomobil 950 Nm fırlanma anı hasil edə bilən elektrik mühərriklərinə sahibdir. 0-96 km/saat sürətlənməni 4,1 saniyəyə tamamlayan “EQS680 Maybach” 200 kVt sürətli enerji doldurma dəstəyi ilə seçilir. 598 kilometrə qədər məsafə qət edə bilən luks SUV modelindəki asqılar yüksək komforta yer verir.
“Mercedes-Maybach EQS” şirkətin Alabamadakı zavodunda istehsal olunacaq. “GLS600”ün 170 000 dollarlıq qiymətini nəzərə alaraq “Mercedes-Maybach EQS” SUV-un 200 000 dollarlıq başlanğıc qiyməti ilə təqdim ediləcəyi düşünülür.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR























