2024 “Subaru Crosstek Wilderness” təqdim edildi - FOTO

“Subaru”, “Crosstek Wilderness”i rəsmi olaraq təqdim etdi. İlk olaraq standart “Crosstek”lə müqayisədə yerdən daha yüksək bir avtomobillə qarşı-qarşıya olduğumuzu deyə bilərik. Bununla yanaşı ön qanadlarda, buferlərində və qapıların altında yer alan plastik materiallar avtomobilin crossrover ab-havasını tamamlayır.
Avtosfer.az xəbər verir ki, “Subaru”nun mükəmməl dörd təkərdən dartma sisteminə sahib olan “Wilderness”də 2.5 litr həcmində bokser 4 silindrli mühərrik yerləşir. Bu mühərrik digər “Crosstek” modellərində də mövcuddur. Fırlanma anı vektorlanmasına sahib olan dörd təkərlərdən ibarət dartma sistemi ən çətin ərazilərdə belə sürülməyi bacarır.
Avtomobilin daxili salonuna baxdığımızda su keçirməyən parçayla örtülmüş cüt rəng tonuna sahib oturacaqları görürük. Salonda sükan çənbərinin altında yer alan bürünc rənginin avtomobilin xarici dizaynına da sıx-sıx tətbiq olunduğunu görürük. Ön buferdən tutmuş avtomobilin tavanında yer alan port baqaj qoruyucularına qədər bronz rəngin ahəngini görmək mümkündür. Belə ki, bu modelin sıradan bir “Crosstek” deyil, “Wilderness” versiyası olduğunu anlamaq olur.
Yenidən mühərriklərə nəzər yetirmiş olsaq 2.5 litr həcmindəki çeşidin CVT sürətlər qutusu sistemiylə birlikdə istifadə edildiyi diqqət cəlb edən detallardandır. Sport və Limited təchizatları da eyni mühərriki paylaşırlar. Modelin mühərriki 186 at gücü istehsal edə bilir. Standart təchizat olan Premiumda isə 2.0 litr həcmində 152 at gücü buraxan bir digər çeşid yer alır.
Nərmin Əkbər
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA




















