2025-ci ildə istehsalı dayandırılmış avtomobillər - FOTO

2025-ci il avtomobil dünyasında maraqlı hadisələrlə yadda qaldı. Bu il ilk növbədə əksər ölkələrdə elektromobil və hibridlərin ənənəvi modelləri üstləməsi ilə xarakterizə olundu.
Avtosfer.az xəbər verir ki, yola saldığımız ildə bəzi məşhur modellərin istehsalı dayandırılıb. 2018-ci ildə istehsalına başlanan “Audi Q8 e-tron” bu ilin ortalarında konveyerlə vidalaşdı.
1998-ci ildən konveyerdə olan “Ford Focus”un da son modelləri bu payızda yığıldı. Avtomobil son illərdə əsas bazarlarda populyarlığını itirmişdi.
2007-ci ildən istehsal edilən “Kia Ceed” müxtəlif versiyalarda bazar çıxarılıb. Avtomobil populyarlığını itirməsə də, Kia onun bazasında daha müasir model hazırlamaq istədiyi üçün istehsalı dayandırdı.
Bundan başqa, il ərzində “Mercedes B”, “Volkswagen T-Roc cabriolet”, “Volkswagen Arteon Shooting brake”, BMW X4, “Mazda 2”, “Mazda MX-30”, “Peugeot 508”, “Porsche 718 GT4 RS”, “Porsche Spyder RS”, “Suzuki Swace” və “Volvo V90” modelləri konveyerlə vidalaşıb.
Vüqar
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri













