2030-cu ildə satılacaq nəqliyyat vasitələrinin üçdə biri elektrikli olacaq

Dünyaca məşhur audit şirkəti “Deloitte” apardığı araşdırmalar nəticəsində maraqlı məlumatlar əldə edib. Audit şirkətinin məlumatlarına görə, 2030-cu ilə qədər dünyada satılan nəqliyyat vasitələrinin üçdə biri elektrik olacaq.
Deloitte-nin məlumatına görə, benzin və dizel avtomobil satışları artıq pik həddə çatıb. Başqa sözlə, bu iki növ yanacaqdan istifadə edən nəqliyyat vasitələrinin satışlarının mütəmadi azalması gözlənilir.
Avtosfer.az “motor1” istinadən xəbər verir ki, koronavirus-dan sonra avtomobil bazarında 2024-cü ilə qədər bərpa etmək çox çətindir. Ancaq bu il də 2,5 milyon “EV” modelinin satılacağı proqnozlaşdırılır. Deloitte'nin “EV” modelləri ilə məşğul olan şöbənin müdiri Ceymi Hamilton da bu məlumatlarla əlaqədar əhəmiyyətli açıqlamalar verdi.
"Bir çox elektrik avtomobilinin yüksək qiymətlər ilə satılması EV modellərinə keçmək istəyən bəzi müştəriləri fikrindən daşındırır. Ancaq günbəgün bu modellərin qiymətləri benzin və dizel yanacaqları ilə rəqabət aparır.
Elektrikli avtomobillərin də ikinci əl bazarlarda populyarlıq qazandığını vurğulayan Hamilton, xüsusilə bu avtomobillərə hökumətlərin verdiyi dəstəyin “EV” modeli satışlarında böyük rol oynayacağını düşünür.
Pərvin Qoca
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi











