210-la sürən müğənninin maşını cərimə meydançasında – FOTO – VİDEO

Bir neçə gün öncə “avtoşluq” etdiyi video ilə gündəmə gələn müğənni Kərimin avtomobili cərimə meydançasına salınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, Abbasov Kərim Fətulla oğlunun internetdə yayılmış video materialı ilə bağlı araşdırma aparılıb. Nəticədə avqustn 10-da axşam saatlarında onun idarə etdiyi Lexus markalı 90 VF 164 dövlət nömrə nişanlı avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb. Hazırda Kərim Abbasovun törətdiyi inzibati xəta ilə bağlı araşdırma davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Müğənni Kərim bu videonu onun meneceri olmuş Asim Əliyev tərərfindən çəkildiyini bildirib. Əlavə edib ki, Asimi işdən çıxartdığı üçün bu videonu qisas məqsədilə internetdə yayıb. Lakin Vaqif Əsədov qeyd edib ki, videonun qisas məqsədilə yayılmasından asılı olmayaraq müğənni Kərim inzibati məsuliyyətə cəlb olunacaq.
Qeyd edək ki, Kərim Abbasov bu avtomobili iyulun 31-də öz adına qeydiyyata aldırıb. Avqustun 7-də onun doğum günü olub, avqustun 10-da isə avtomobili cərimə meydançasına salınıb.
Xatırladaq ki, avtomobilini saatda 210 km sürətlə idarə edərkən çəkilmiş videosunu sosial şəbəkədə paylaşan K.Abbasov “Ulduz oldun, belədir. 200-lə getmək lazımdır” sözlərini yazmışdı.
Seymur
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur














