4 dəqiqəyə 250 km: akkumulyatora zərər verməyən sürətli enerji doldurma

Eyndhoven Texnologiya Universitetinin bir qrup tələbəsi elektrikli avtomobillər üçün inqilabi sürətli enerji doldurma texnologiyası hazırlayıb.
Avtosfer.az xəbər verir ki, o, yalnız bir neçə dəqiqə ərzində batareyaları doldurmağa imkan vermir, həm də onların uzunmüddətli funksionallığını qoruyur.
Elektrikli nəqliyyat vasitələrində dözümlülük yarışına hazırlaşarkən tələbələr 250 km məsafə qət edə bilən və cəmi 3 dəqiqə 56 saniyəyə tam doldurulan bir yarış avtomobili üçün akkumulyator yaradıblar.
Eyni zamanda, layihə müəllifləri qeyd ediblər ki, onların inkişafı adi şəhər elektrik avtomobillərində tətbiq oluna bilər.
Sürətli doldurma ilə bağlı əsas problemlərdən biri batareyanın deqradasiyasına səbəb ola biləcək böyük miqdarda istilik əmələ gəlməsidir. Bu problemi həll etmək üçün tələbələr modul səviyyədə innovativ soyutma sistemi hazırlayıblar ki, bu da batareyadan istiliyi effektiv şəkildə çıxarır.
Soyuducu batareyanın hüceyrələri arasında pompalanır, onun həddindən artıq istiləşməsinin və pisləşməsinin qarşısını alır.
Sınaqlar göstərib ki, 29,2 kVt/saat tutumlu akkumulyator minimum hüceyrə zədələnməsi ilə 4 dəqiqədən az müddətdə tam doldurula bilər.
Leyla
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












