Abşeronda sürücünü döyərək avtomobilini və telefonunu əlindən alıblar - VİDEO - FOTO

Abşeron rayonu Xırdalan şəhərində vətəndaş Samir Quliyevə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib “Mersedes” markalı avtomobilini və 1 ədəd mobil telefonunu əlindən alıblar. Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublər. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləıri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Xırdalan şəhəri ərazisində Namiq Mikayılzadə və qardaşı Rəhimə qarşı zor tətbiq edərək, üzərlərində olan bıçaqla onları hədələyib 180 manat pullarını alan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Araşdırma zamnı müəyyən edilib ki, bu şəxslər zərərçəkən qardaşların olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib pulları quldurluq yolu ilə əldə ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ciayət işləri başlanılıb. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












