Aeroport yolunda "avtoşluq" edən polis 20 sutka "yatıb" çıxdı - VİDEO

Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən məmur oğlu mayın 8-də azadlığa çıxıb. Zığ şossesində avtoxuliqanlıq edən və buna görə cəzalandırılaraq 20 sutka azadlıqdan mərhum edilən polis əməkdaşı Tural Həsənov sərbəst buraxılıb. Belə ki, aprelin 18-də həbs edilmiş T.Həsənova verilən 20 sutkalıq həbs cəzası artıq başa çatıb. Virtualaz.org saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, onunla birgə tutulan dostu Rahib Abdulbağırova verilən 15 sutkalıq həbs cəzası mayın 3-də başa çatıb.
Xatırladaq ki, Tural Həsənov Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun oğludur. Ə.Həsənov oğlunun həbsindən bir gün sonra - aprelin 19-da tutduğu vəzifədən azad edilib. Buna idarə rəisinin övladının ictimai yerdə qaydaları kobudcasına pozması, qanunlara hörmət etməməməsi səbəb olmuşdu. Hadisədən dərhal sonra T.Həsənov özü də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric olunmuşdu.
Qeyd edək ki, T.Həsənov və dostu “BMW X6” və “Lada Priero” avtomobilləri ilə Zığ şosesində avtoxuliqanlıq etdiklərinə görə cəzalandırılıblar.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










