Ağıllı yollar dünyanı heyrətləndirdi - VİDEO

Dünyanın müxtəlif ölkələrində yol hərəkətinin daha səmərəli təşkili, hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün müxtəlif yeniliklər edilir. avtosfer.az-ın verdiyi məlumata görə, Hollandiyada tikilən “ağıllı” yol (Smart Highway) layihəsində diqqəti çəkən elementlər çoxdur. Bildiyimiz kimi, yolların istər əks istiqamətli, istərsə də eyni istiqamətli hərəkət zolaqları arasına xətt çəkilir. Yolun normal sahələrində 1.5 qırıq-qırıq nişanlanma xətti, təhlükəli sahələrində isə 1.1 bütöv nişanlanma xətti çəkilir. Hollandların “ağıllı” yolunda bu xətt ənənəvi olaraq boya ilə çəkilmir, onlar xüsusi işıqdır və yolda xətt kimi görünür. Marıqlı odur ki, “ağıllı” xətt nə vaxt bütöv, nə vaxt qırıq-qırıq olmağı özü müəyyən edir. Məsələn, qonşu zolaqla yaxında arxadan və ya qabaqdan gələn avtomobil olanda xətt dərhal bütöv olur və “deyir” ki, zolağı dəyişmə, təhlükəlidir. Həmin zolaq boş olduqda isə qırıq-qırıq olur və “deyir” ki, qonşu zolaq boşdur, yerdəyişmə etmək, yaxud ötmək istəyirsənsə, buyur. Hollandiyada salınacaq bu yollar həm də elektrik enerjisinə qənaət edəcək. Yollarda xüsusi boyalardan istifadə olunacaq ki, onlar gecə 8 saat işıq saçacaq. Yağışlı, qarlı havalarda yolda işarələr görünəcək.
avtosfer.az
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










