Ağır qəzadan möhtəşəm qurtuluş - VİDEO

Avtosfer.az saytı Sumqayıt şəhərində baş vermiş yol qəzasının videosunu təqdim edir. 13-cü mikrorayon ərazisindəki dairəvi hərəkət təşkil olunmuş yolayrıclarında qeydə alınan bu hadisə bir qədər ziddiyətlidir. «VAZ-2106» markalı avtomobil öz yolu ilə düzünə hərəkət edərkən dairədə olan «Mersedes» onun yoluna çıxır. Qəzadan yayınmağa çalışan «06»nın sürücüsü «ruçnoy» çəkir və qəzadan qismən yayınır.
Əslində, bu hərəkətinə görə «06»nın sürücüsünü peşəkar sürücü adlandırmaq olar. Çünki həmin situasiyaya düşən hər sürücü dərhal çıxış yolu tapa bilmir. Amma «06»nın sürücüsü özünü itirmir və dərhal hərəkət edib istiqaməti dəyişdiyi üçün avtomobilin yalnız arxa hissəsi «Mersedes»ə toxunur. Amma düzünə dəymiş olsaydı heç şübhəsiz ki, həm «06»-nın ön tərəfi, həm də «Mersedes»in ortası əziləcəkdi.
Burada iki məqam var; «06» dairədə hərəkət edən maşınları gözləməli idimi? Yoxsa, «Mersedes» və onunla birlikdə hərəkət edən avtomobillər nizamlanmayan yolayrıcında sağdan hərəkət edən «06»ya yol verməli idilər?
Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınmış bu qəzanın səbəbkarı yəqin ki, artıq cəzasını alıb. Lakin bilməyənlər üçün bu görüntünü təqdim edib belə yolayrıclarında necə hərəkət etmək etməli olduğumuzu bir daha aydınlaşdırmağa çalışacağıq. Hələlik ki, bu miissiyanı oxucuların ixtiyarına buraxırıq. Sizcə, bu qəzada günahkar kimdir?
Elməddin
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










